
Türkiyə İsrailin casuslarına qarşı əməliyyat keçirib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Milli İstihbarat Təşkilatı (MİT) İsrailin Türkiyədəki İran ticarət şirkətlərini izləyən 15 nəfərli casus qrupunu üzə çıxarıb.
“MOSSAD”a bağlı olan bu qrupa qarşı keçirilən əməliyyat İstanbul Cümhuriyyət Başsavcılığı (Baş Prokurorluq) ilə birlikdə edilib.
Yazılan xəbərlərə görə, İsrailin 15 nəfərlik casusu “MOSSAD”ın hədəfindən olan İranla alqı-satqı əlaqələri olan 1 şirkət və 23 nəfəri addım-addım izləyirmiş.
15 nəfərlik İsrailin casus hücrəsi uğurlu əməliyyatla “deşifrə” edilib.
İctimaiyyətdə səs gətirəcək uğurlu əməliyyat üçün bu casus şəbəkəsi 1.5 il izlənilib. Hədəfdəki adamlardan birinə içində təhdid olan paket göndərmələri casusları ələ verib.
Əldə edilən bilgilərə görə, “MOSSAD” casus hücrəsinin lideri Selçuk Küçükkayaya FETÖ Terror Təşkilatının fərarisi və Türk Silahlı Qüvvələrinin heyətində olmuş Serkan Özdemir vasitəsi ilə əlaqə qurub.
Küçükkaya ölkə çölündəki görüşlərdə özlərini Hose-Jorhe Satıa, Thomas Alfonso və Raul olaraq tanıdan “MOSSAD” mənsublarının təlimatlarını hərfi-hərfinə yerinə yetirib.
Küçükkaya və “MOSSAD” arasındakı təmaslar, əsasən ölkə çölündəki Avropanın çeşidli ölkələrində üz-üzə gerçəkləşdirilirdi.
Küçükkaya bur görüşlərdə “MOSSAD” idarəçiləri tərəfindən bir sıra sınaqlardan keçirilirdi.
“MOSSAD” 5-ci görüşmədə Küçükkayaya casusluq təklifi edib.
Ona “MOSSAD”ın hədəfində olan 1 şirkət və 23 nəfəri izləyə bilməsi üçün casusluq təhsili verilib.
Bu öyrədilən sistem üzərindən “MOSSAD”la xəbərləşən Küçükkaya təlimat üzərinə təqib etdirdiyi və izlədiyi adamlara dair topladığı bilgiləri “MOSSAD”a hesabatlayıb.
Küçükkaya hədəf adamların ailə üzvlərinin ölkə çölündəki giriş-çıxış qeydləri, telefon danışıqları, siqnal bilgiləri, bank hesabı və mal varlığı kimi bilgiləri toplayaraq “MOSSAD”a servis edib.
Ona verilən hədəf adamları birbaşa izləyən, bu adamların ev və iş yerləri çevrəsində olası bir əməl üçün izləmə kəşfləlri bilinən Küçükkaya hədəfindəki bir nəfərə təhdid olan bir paket göndərməsi ilə özünü ələ verib.
Bundan sonra əməliyyat keçirilib və hücrənin lideri və köməkçisi həbs edilib.
Onların 15 nəfərlik qrup qurduğu təsbit edilib. Onların iki ay öncə həbs edildiyi prokurorluğun təlimatı ilə isə digər 13 nəfər şübhəli adam saxlanılıb.
İstanbul Əmniyyəti yeni əməliyyatla 11 şübhəlini qıs-qıvraq yaxalayıb. Digər iki nəfərin tutulması üçün çalışmalar davam edir.
Tərcümə: Arzu