Türkiyə kibertəhlükəsizlik araşdırmalarında ən çox hədəf alınan ölkələr siyahısında birinci olub.
Gununsesi.info xəbər verir ki, araşdırmalar nəticəsində Türkiyə Yaxın Şərq və Afrika ölkələri arasında kiberhücumlara ən çox məruz qalan ölkə olub. İnkişaf edən müdafiə sənayesi sektoru və yerli avtomobil araşdırmalarından sonra Türkiyə “bulud” mühəndislərinin hədəfinə çevrilib. Bu hücumların brendlərə vurduğu zərər orta hesabla 4,6 milyon dollardır.
Bu yaxınlarda Malayziyada keçirilən “Cyber Security 2024” tədbirlərində ən çox təhlükə altında olan ölkələr sıralanıb. Dünyada beşinci yerdə olan Türkiyə, Yaxın Şərq və Afrika ölkələri arasında birinci yerdədir. Türkiyədə kiberhücumların əvvəlki ilə nisbətən artım nisbəti yüzdə 120 olaraq təyin olunub. Dünyanın ən çox təhlükəli hücumlara məruz qalan ölkələri ABŞ, İran, Çin və Rusiyadır.
Tanınmış brendlərin internet saytlarını kopyalayan və bu yolla istifadəçilərin məlumatlarına daxil olmağa çalışan “bulud” mühəndisləri şirkətlərə orta hesabla 4,6 milyon dollar zərər vurub.
Bir müddət əvvəl Türkiyə mediasının gündəmə gətirdiyi iranlı Bulut mühəndislərinin Türkiyə Müdafiə şirkətlərinə sızma cəhdi də bu hücumlardan biri idi. Türkiyə inkişaf edən texnologiya və müdafiə sənayesi investisiyalarından sonra “bulud” mühəndisləri üçün ən çox hədəflənən ölkədir.
Türkiyənin son illərdə müdafiə sənayesi və aviasiya sektorunda əldə etdiyi nailiyyətlər bütün dünyanın diqqətini çəkib. Türkiyə pilotsuz uçuş aparatları, yerli helikopterləri, yerli və milli döyüş təyyarələri və yerli proqram təminatı ilə dünyanın ən uğurlu ölkələri siyahısına girməyi bacarıb. Bu uğurlu səylər nəticəsində dünyada fəaliyyət göstərən müxtəlif ölkələrin kəşfiyyat xidmətləri Türkiyənin fəaliyyətlərinə qarşı hücum fəaliyyətləri həyata keçirməyi hədəfləyib.
Gununsesi.info