Türkiyə KİV-ləri: Səfiri güllələyən şəxs polis geyimində olub

  • By admin
  • 19 Dekabr 2016 22:43

sefir-gulla

Rusiya səfirini güllələyən şəxs Ankarada polis geyimində olub.

Gununsesi.info-nun “HaberTurk”-ə istinadən verdiyi xəbərə görə, onun Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdi ilə əlaqədar polis sıralarından xaric edildiyi bildirilir.

Bundan əvvəl Reuters agentliyi ölən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğunu bildirib.

Qeyd edək ki, Ankarada müasir incəsənət mərkəzində Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu qətlə yetirən şəxs hadisə yerində məhv edilib.

Gununsesi.info