Türkiyə klubu tanınmış baş məşqçi ilə yollarını ayırıb

  • By admin
  • 13 Sentyabr 2016 19:51

img2190805

 

HTML tutorial

Rıza Çalımbay Türkiyənin “Kasımpaşa” futbol klubunun baş məşqçisi vəzifəsindən istefaya göndərilib.

Gununsesi.info-nun məlumatına görə, klub rəhbərliyi 53 yaşlı mütəxəssislə müqaviləni qarşılıqlı razılıq əsasında pozub.

Buna Super Liqanın ilk 3 turunda komandanın cəmi 1 xal toplayaraq sonuncu pillədə yer alması səbəb olub.

Qeyd edək ki, Rıza Çalımbay “Kasımpaşa”da 2015-ci ilin iyulundan baş məşqçi kimi fəaliyyət göstərirdi. Həmin vaxt onunla 3 illik müqavilə bağlanılmışdı. Ötən mövsüm bu komanda Super Liqada 7-ci yeri tutmuşdu.

 

Gununsesi.info