Türkiyə klubunda koronavirusa yoluxan futbolçuların sayı 17-ə çatdı

  • By admin
  • 16 Oktyabr 2020 20:11

Türkiyənin “Hatayspor” komandasında koronavirusa yoluxan futbolçuların sayı artıb.

Gununsesi.info klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Ömer Erdoğanda və daha 11 oyunçuda koronavirus aşkarlanıb.

Beləliklə, “Hatayspor”un 17 futbolçusunun infeksiyaya yoluxduğu bəlli olub.

Qeyd edək ki, “Hatayspor” Türkiyə Super Liqasının V turunda “Erzurumspor”la qarşılaşmalıdır. Oktyabrın 18-də keçiriləcək matç Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.

 

 

Gununsesi.info