Türkiyə klubunun 16 üzvü koronavirusa yoluxdu

  • By admin
  • 15 Sentyabr 2020 19:11

Türkiyənin “Yozqatspor 1959” klubunda koronavirusa kütləvi yoluxma halı qeydə alınıb.

Gununsesi.info “NTV Spor”a istinadən xəbər verir ki, III liqa təmsilçisinin 16 üzvündə infeksiya aşkarlanıb.

Viursa yoluxanların 12-si futbolçu, 3-ü məşqçi, biri isə masajçıdır.

Qeyd edək ki, virus aşkarlanan şəxslərin hamısı karantinə alınıb.

 

 

Gununsesi.info