Türkiyə Konstitusiya Məhkəməsinin keçmiş sədri Nesdet Darıcıoğlu 90 yaşında vəfat edib.
Gununsesi.info “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, 3 ay əvvəl avtomobil qəzasına düşüb. Qəzada xəsarət alan N.Darıcıoğlu xəstəxanada müalicə olunurdu.
N.Darıcıoğlu 1926-cı il mayın 4-də Türkiyəni Antalya şəhərtində anadan olub. Milli Müdafiə Nazirliyinin hərbi məktəbində oxuyub. 1949-cu ildə Ankara Unversitetinin Hüquq fakültəsini bitirib. Sonrakı illərdə hərbi məhkəmədə müxtəlif vəzifələrdə çalşıb. Türkiyə prezidenti tərəfindən 1977-ci ildə Konstitusiya Məhkəməsinə üzv təyin edilib. 1990-cı il martın 2-dən 1991-ci il mayın 4-dək Konstitusiya Məhkəməsinin sədri olub. Elə həmin tarixdən təqaüdə çıxıb.
Gununsesi.info