Türkiyə koronavirus qadağalarını ləğv edir – YENİ QAYDA

  • By admin
  • 10 İyun 2020 15:49
Türkiyə koronavirus pandemiyası ilə bağlı qadağaları aradan qaldırır.
Qadağaların aradan qalxması ilə bağlı qaydaları prezident Rəcəb Tayyib Ərdoğan açıqlayıb. Yeni qərara görə, 65 yaşdan yuxarı olan vətəndaşlar həftənin bütün günlərində saat 10:00-dan 20:00-a kimi çölə çıxa biləcəklər. 18 yaşdan kiçiklərin də küçəyə çıxması sərbəst oldu.
Nikah salonları iyunun 15-dən, toy məraismlərinin keçirilməsi üçün salonlar isə iyulun 1-dən fəaliyyətə başlayacaq.
Kinoteatrların, teatrların da da fəaliyyətinə icazə verilib. Adıçəkilən məkanlar da iyulun 1-dən fəaliyyəətə başlaya biləcək.
Restoran və kafelər artıq saat 00:00-a kimi içləyəcək.