![](https://www.gununsesi.info/wp-content/uploads/2024/05/trbazon.png)
Ötən gün “Beşiktaş”la “Trabzonspor” arasında keçirilən Türkiyə Kubokunun finalından öncə azarkeşlər arasında dava düşüb.
Gununsesi.info -nun verdiyi xəbərə görə , bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Qarşılaşmadan əvvəl yaranan mübahisəyə polis müdaxilə edib.
Bəzi polislərin “Trabzonspor” azarkeşlərinə qarşı sərt müdaxiləsi də aranı qızışdırıb.
Qeyd edək ki, oyun “Beşiktaş”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə İstanbul təmsilçisi Türkiyə Kubokunun sahibi olub.