Türkiyənin “Qalatasaray” klubu ölkə kubokunun qalibi olub.
Gununsesi.info xəbər verir ki, İstanbul klubu finalda “Fənərbaxça”nı 1:0 hesabı ilə məğlub edib.
Matçda yeganə qolu 30-cu dəqiqədə alman futbolçu Lukas Podolski vurub. Bu, “Qalatasaray”ın tarixində ardarda 3-cü, ümumilikdə isə 17-ci kuboku olub.
Türkiyə Kuboku, final
“Qalatasaray” – “Fənərbaxça” – 1:0
Qol: Podolski, 30.