
Türkiyənin müstəqillik referendumundan narazı olmasına baxmayaraq, Kürdüstanla sərhədləri bağlamayacaq.
Gununsesi.info xəbər verir ki, bu sözləri Ərbil valisi Nevzad Hadi deyib.
“Türkiyə sərhədi bağlamayacağını əvvəlcədən bildirdi. Buna heç bir səbəb yoxdur”, – Hadi bildirib.
Qeyd edək ki, referendumdan sonra iki ölkə arasında yerləşən Habur sərhəd-keçid məntəqəsinin bağlanacağı ilə bağlı məlumatlar yayılmışdı.
Gununsesi.info