
”Azərbaycanla dünən imzaladığımız 3 yeni müqavilə ilə əlaqələrimizi daha da gücləndirdik”.
Gununsesi.info-nun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonrakı çıxışında bildirib.
R.T.Ərdoğan Naxçıvanın coğrafi mövqeyinə görə Türkiyə üçün xüsusi və strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb: “2020-ci ildə Bakıya səfərimiz zamanı söz verdiyimiz İğdır-Naxçıvan təbii qaz kəmərinin təməlini qoyduq. Enerji və mənzil sahəsində dünən imzaladığımız 3 yeni müqavilə ilə əlaqələrimizi gücləndirdik”.
Gununsesi.info