Türkiyə məktəblərdə bu bayramların keçirilməsini qadağan etdi

  • By admin
  • 19 Fevral 2024 12:48

Türkiyədə özəl məktəblərdə Pasxa bayramı, Hellouin və Sevgililər Gününün qeyd edilməsi qadağan edilib.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Türkiyənin Təhsil Nazirliyi qərar qəbul edib.

Təhsil Nazirliyi tərəfindən edilən dəyişikliklər “Resmi Gazete”də dərc olunub.

Müvafiq olaraq, təhsil müəssisələrində “milli və mədəni dəyərlərə” zidd olduğu və tələbələrin psixososial inkişafına töhfə verməyəcəyi iddia edilən fəaliyyətlərin həyata keçirilə bilməyəcəyinə qərar verilib.

Gununsesi.info