Türkiyə Mərkəzi Bankının rəhbəri istefa etdi

  • By ilhame
  • 02 Fevral 2024 23:30

Türkiyə Mərkəzi Bankının rəhbəri Hafizə Qayə Ərkan istefa verib.

 

Gununsesi.info xəbər verir kİ, bununla bağlı Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək məlumat yayıb:

 

“Mərkəzi Bankın prezidenti xanım Hafizə Qayə Ərkanın verdiyi qərar tamamilə şəxsi və öz mülahizələri ilə bağlıdır. Qərarına hörmətlə yanaşır və ölkəmiz üçün dəyərli xidmətlərinə görə ona təşəkkür edirəm”.

 

Ərkan isə istefası ilə bağlı sosial şəbəkə hesabında paylaşım edərək ölkə başçısı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib: “Səlahiyyətim boyu dəstəyini heç vaxt əsirgəməyən Prezidentimizə minnətdarlığımı bildirirəm”.

 

Gununsesi.info