Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 5,154 milyard ABŞ dolları, yaxud 5% artaraq 107,825 milyard ABŞ dolları təşkil edib.
Gununsesiaz.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.
Məlumata görə, valyuta ehtiyatlarının 30,411 milyard ABŞ dollarlıq hissəsi qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 759 milyon ABŞ dolları, yaxud 2,6% çoxdur.
Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 4,395 milyard ABŞ dolları, yaxud 6% artaraq 77,414 milyard ABŞ dolları təşkil edib.
Gununsesiaz.info