Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları cüzi artıb

  • By admin
  • 22 Oktyabr 2020 17:07

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 1,894 mlrd ABŞ dolları, yaxud 2,3% artaraq 85,489 milyard ABŞ dolları təşkil edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.

HTML tutorial

Məlumata görə, valyuta ehtiyatlarının 42,667 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 190 milyon ABŞ dolları, yaxud 0,4% çoxdur.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 1,704 mlrd ABŞ dolları, yaxud 4,1% artaraq 42,822 milyard ABŞ dolları təşkil edib.

 

 

Gununsesi.info