Türkiyə Mərmərə dənizində neft axtarmaq niyyətindədir

  • By admin
  • 22 Mart 2024 10:00

Türkiyənin dövlət neft şirkəti “Turkish Petroleum” (TPAO) Mərmərə dənizinin Türkiyə sektorunda neft axtarışları üçün kəşfiyyat işləri aparmaq üçün lisenziya alıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti yazır.

“”Turkish Petroleum” Mərmərə dənizində Tekirdağ, Balıkesir və Çanaqqala sahillərində neft kəşfiyyatı üçün lisenziya alıb. Bu üç lisenziyaya əsasən, 8 il müddətində 95 055 hektar sahədə neft kəşfiyyatı aparılacaq”, – nəşr yazır.

Türkiyənin maliyyə və xəzinə naziri Mehmet Şimşək daha əvvəl deyib ki, Türkiyə 2024-cü ildə neft ehtiyacının 10%-ni, 2026-cı ildə isə ölkənin cənub-şərqindəki yataqlardan 18%-ni təmin etməyi gözləyir.

Türkiyənin cənub-şərqindəki Qabar dağlarında yerləşən neft yataqlarından gündəlik neft hasilatı martın əvvəlində 37 min bareli keçib.

 

Gununsesi.info