Türkiyə mətbuatı “Qarabağ”a qarşı haqsızlıqdan danışdı- VİDEO

Türkiyə mətbuatı “Qarabağ”a qarşı haqsızlıqdan danışdı

59e877fedcea0_1508392183_oquz-cetin1
Türkiyənin tanınmış futbol mütəxəssisi, “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Oğuz Çətin “Tivibu Spor” telekenalında Çempionlar Liqası ilə bağlı proqramda “Qarabağ” – “Atletiko” matçı (0:0) barədə fikirlərini bildirib.
Gununsesi.info xəbər verir ki, matçın 75-ci dəqiqəsində, Ağdam klubunun hücumçusu Dino Ndlovunun simulyasiyaya görə meydandan qovulduğu epizodu şərh edən Çətin “görəsən, həmin epizod əks qapı qarşısında yaşansaydı, hakim eyni qərarı verərdi?” deyərək, fransalı referi Ruddi Bukenin ədalətsiz qərar verdiyinə işarə edib. O, bundan əlavə, hakimlərin Avropa Liqasının 2014/15 mövsümündə, qrup mərhələsinin “İnter”lə oyununda da “Qarabağ”ın əleyhinə qərar verməsini xatırlayıb.

Gununsesi.info

COMMENTS