Türkiyə mikroavtobus aşıb: yaralılar var

  • By admin
  • 06 Oktyabr 2019 15:08

Türkiyədə xidməti mikroavtobus aşıb.

Gununsesi.org-un məlumatına görə, hadisə yerli vaxtla saat 06:30-da baş verib. Qəza nəticəsində 11 nəfər xəsarət alıb.

Hadisə yerinə çox sayda təcili yardım maşınları və polis cəlb edilib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Yaralıların həyatı üçün təhlükə olmadığı qeyd olunur.

Polis hadisə ilə əlaqədar istintaqa başlayıb.

 

 

Gununsesi.org