Türkiyə Milli Müdafiə Nazirliyi Zəfər Gününü Azərbaycan himni ilə təbrik etdi – FOTO

  • By admin
  • 08 Noyabr 2023 11:55

Türkiyənin Milli Müdafiə Nazirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik edib.

Gununsesi.info xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım olunub.

“Azərbaycan türkü qardaşlarımızı təbrik edir, salamlayırıq”, – təbrikdə bildirilib.

Təbrikdə, həmçinin Azərbaycan Dövlət Himnindən bir hissəyə də yer verilib:

“Sən olasan gülüstan, sənə hər an can qurban,
Sənə min bir məhəbbət, sinəmdə tutmuş məkan.

Üçrəngli bayrağınla məsud yaşa, Azərbaycan”.