Türkiyə millisində ciddi itki baş verdi!

  • By admin
  • 29 May 2016 09:40

id

Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlu zədələnib.

O, məşq zamanı ayağından zədə alıb. Bu səbəbdən 22 yaşlı yarımmüdafiəçi məşqi erkən tərk edib.

Onun zədəsinin ciddi olub-olmadığı tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.

Ancaq H.Çalhanoğlunun ən azı Monteneqro ilə yoldaşlıq oyununu buraxacağı dəqiqləşib.