Türkiyə millisində növbəti itki

  • By admin
  • 04 Mart 2020 20:20

Almaniyanın “Şalke” klubunun müdafiəçisi Ozan Kabak zədələnib.

Gununsesiaz.info xəbər verir ki, Bundesliqanın 24-cü turunda “Köln”lə matçın 29-cu dəqiqəsində zədələnən futbolçu 9-12 həftə yaşıl meydanlardan kənar qalacaq.

Həkimlər 19 yaşlı futbolçunu AÇ-2020-yə kimi hazır etməyə çalışacaq.

Qeyd edək ki, Türkiyə millisinin heyətində Merih Demiral, Yusuf Yazıcı, Cenk Tosun, Dorukhan Toköz və Nazım Sanqare uzun müddətlik sıradan çıxıb.

 

 

Gununsesiaz.info