Türkiyə MİT rəhbəri Dəməşqə gedib - VİDEO - YENİLƏNİB

  • By Günel
  • 12 Dekabr 2024 20:16

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Hakan Fidanın Suriyanın paytaxtı Dəməşqə getdiyinə dair xəbəri təkzib edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə XİN-dən TASS-ın sorğusuna cavab olaraq bildirilib.

Məlumat üçün qeyd edək ki, bir qədər əvvəl Türkiyə KİV-də ölkənin xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat İdarəsinin (MİT) sədri İbrahim Kalının Dəməşqə getdikləri barədə məlumat yayılıb.

***

17:14

Türkiyənin xarici işlər naziri Hakan Fidan və Milli İstehbarat Təşkilatının (MİT) sədri İbrahim Kalın Suriyanın paytaxtı Dəməşqə gedib.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.