Türkiyə Moskva və Kiyevi danışıqlar masasına oturtmaq istəyir

  • By admin
  • 18 Aprel 2022 12:17

Türkiyə Moskva və Kiyevi danışıqlar masasına oturtmaq üçün səylərini davam etdirir, vəziyyət mürəkkəbdir.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

Onun sözlərinə görə, Türkiyə müharibəyə son vermək üçün Antalya və İstanbulda iki mühüm toplantıya ev sahibliyi edib.

İ.Kalın deyib ki, hazırda danışıqlarla bağlı vəziyyət nisbətən ağırdır.

“Türkiyə hələ də hər iki tərəfin danışıqlar masası arxasına əyləşməsi üçün əlindən gələni edir”,  – Prezidentin sözçüsü əlavə edib.

Ankaranın vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün bir çox mühüm təşəbbüslər və səylər göstərdiyini xatırladan İ.Kalın Türkiyənin hərbi gəmiləri Qara dənizdən uzaq tutaraq, risklərin azaldılmasına köməklik göstərdiyini bildirib.

O əlavə edib ki, Ukraynadakı vəziyyət NATO müttəfiqliyinin və əlaqələrin gücləndirilməsinin vacibliyini göstərir.

İ.Kalın maraqların və perspektivlərin yaxınlaşması üçün iki ölkə arasında ortaq məsələlərə diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

Gununsesi.info