Türkiyə Müdafiə Nazirliyi: 2015-ci ildən bəri 39 145 terrorçu zərərsizləşdirilib

  • By admin
  • 02 Noyabr 2023 16:15

Son bir həftə ərzində Türkiyə Silahlı Qüvvələri Şimali İraq və Suriya da daxil olmaqla PKK terror təşkilatının 87 silahlısını zərərsizləşdirib.

Gununsesi.info xəbər verir ki, bu barədə həftəlik brifinqdə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat müşaviri Zeki Aktürk məlumat verib.

Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri həm ölkə daxilində, həm də xaricdə, əsasən də PKK, İŞİD və FETÖ terrorçularına qarşı hər cür təhdidlərə qarşı qətiyyətli mübarizəni davam etdirir.

“Son bir həftə ərzində Şimali İraq və Suriya da daxil olmaqla 87 yaraqlı zərərsizləşdirilib. Beləliklə, ilin əvvəlindən zərərsizləşdirilən terrorçuların sayı 1802-yə, 24 iyul 2015-ci ildən isə 39145-ə çatıb”, – deyə Aktürk bildirib.

Müdafiə Nazirliyinin nümayəndəsi qeyd edib ki, İraqın şimalında Pençe-Kilit əməliyyatı zamanı zərərsizləşdirilən terrorçuların sayı 630-a çatıb.

Əməliyyat çərçivəsində 1373 müxtəlif çaplı silah və 766 339 döyüş sursatı götürülüb, 2460 mina və əldəqayırma partlayıcı məhv edilib, 771 mağara və sığınacaq yararsız vəziyyətə salınıb.

Gununsesi.info