Türkiyə Müdafiə Nazirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Gununsesi.info xəbər verir ki, bu barədə qurumun rəsmi “Twitter” hesabında paylaşım edilib.
“Qəhrəman Azərbaycanın 8 Noyabr – Zəfər Günü mübarək olsun. 2 il əvvəl qəhrəmancasına mübarizə apararaq öz torpaqlarını işğaldan xilas edən, bütün dünyaya Azərbaycanın qüdrətini nümayiş etdirən qardaşlarımızla kədərdə, sevincdə bir və bərabər olmağa davam edəcəyik. Qardaşlığın Zəfəri”, – paylaşımda qeyd edilib.
Gununsesi.info