Türkiyə Müdafiə Nazirliyindən Azərbaycana dəstək mesajı

  • By Mina
  • 18 Aprel 2024 16:24

Türkiyə Milli Müdafiə Nazirliyindən növbəti dəfə Azərbaycana dəstək mesajı verilib.

 

Gununsesi.info nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında media və ictimaiyyətlə əlaqələr üzrə müşavir Zeki Aktürk danışıb.

 

“Türk Silahlı Qüvvələri terrorla mübarizə və sərhəd təhlükəsizliyi ilə mavi və göy vətənimizdə hüquq və mənafelərimizi qorumaqla yanaşı, milli məsələmiz olan Kipr, “iki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycan, tarixi və mədəni əlaqələrimiz olan Balkanlar, dostluq və qardaşlıq münasibətlərimiz olan Liviya və Somali başda olmaqla, bir çox coğrafiyada qardaş, dost və müttəfiq ölkələrin haqq işlərinə dəstək verməyə davam edir”, – deyə o qeyd edib.

 

“Türkiyə Silahlı Qüvvələri hər cür təhdid və təhlükəyə qarşı mübarizəsini artan təsir və sıx təzyiqlərlə davam etdirir”, – müşavir əlavə edib.