Türkiyə müxalifəti vahid namizədini nə zaman elan edəcək? - "ALTILI MASA" ÜÇÜN KRİTİK DÖNƏM

  • By admin
  • 29 Noyabr 2022 13:35

Türkiyənin əsas siyasi qüvvələrini özündə cəmləşdirən “Altılı Masa”nın doqquzuncu iclası keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, iclasda konstitusiya islahatları ilə bağlı təkliflər paketinin açıqlanmasına həsr olunan iclasda yanvar və ya fevral ayında prezidentliyə namizədin müəyyən edilməsinə işarə edilib.

HTML tutorial

Qeyd edək ki, yeni ildə “Altılı Masa”nın  ən kritik məsələsi ümumi prezidentliyə namizədin və seçki ittifaqlarının müəyyən edilməsi olacaq.

Səhnə kulislərində danışılır ki, prezidentliyə namizəd və “Altı Masa”nın heyəti açıqlana bilər. Həmçinin bildirilir ki, “ortaq əsas siyasət” öhdəliklərini ehtiva edən mətn prezident müavinləri və Mərkəzi Bank kimi mühüm qurumların rəhbərləri ilə birlikdə elan edilə bilər.

Lobbidə əks olunan məlumata görə, prezidentliyə namizədin yanvarın sonu və ya ən geci fevralın əvvəlində müəyyənləşəcəyi bildirilir.

Namizədin dəqiqləşdirilməsindən sonra parlament seçkiləri ilə bağlı alyans trafikinin aparılması və seçki təqvimi ilə birlikdə ictimaiyyətə açıqlanması nəzərdə tutulur.

Tərcümə:

Afət

Gununsesi.info