Türkiyə müxalifətinin iqtisadi islahatlar təklifi

  • By admin
  • 13 İyun 2022 22:14

Türkiyənin ana müxalifət partiyaların birliyi kimi tanınan “Altılar”  nümayəndələrindən ibarət İnstitusional İslahatlar Komissiyası iqtidara gəlişi zamanı izlənəcək iqtisadi siyasətlərlə bağlı hesabatını açıqlayıb.

 

Gununsesi.info-nun türk mediasına istinadən verdiyi xəbərə görə, hesabatda hakimiyyətə gəlişi zamanı ilk hədəflərdən birinin iqtisadi mənzərəni müəyyən etmək üçün “Vəziyyət və Zərər Müəyyənetmə Komitəsi”nin yaradılması olduğu qeyd edilib.

CHP sədri Kamal Kılıçdaroğlunun daha əvvəl ictimaiyyətə açıqladığı “Strategiya və Planlaşdırma Təşkilatı”nın qurulması hədəfinin də yer aldığı hesabatda “İqtisadi Sosial Şuranın fəaliyyət göstərməsi” və Mərkəzi Bankın müstəqilliyini təmin etmək üçün yenidən strukturlaşdırılması təklifləri yer alıb.

CHP Ümumi Başçı Köməkçisi və Partiya sözçüsü Faiq Öztrak, İYİ Partiya Ankara Millət vəkili Durmuş Yılmaz, DEVA Partiyasının sədr müavini İbrahim Çanakcı, Demokrat Partiyasının sədr müavini Bülent Şahinalp, Səadət Partiyasının sədr müavini Səbri Tekir və Gələcək Partiyasının sədr müavini Feridun Bilgin, Quruluş Komissiyasının sədri Feridun Bilgin iştirak edib. ,

“Vəziyyəti və dəyən ziyanı müəyyən edən komissiya yaradılacaq”

Hesabatda vurğulanıb ki, hakimiyyətə gələcəyi təqdirdə prezident yanında təcrübəli müfəttiş heyəti və ekspertlərdən ibarət “Vəziyyət və Dəyişmənin Qiymətləndirilməsi Komitəsi” yaradılacaq.

 

Afət Abbasova

Gununsesi.info