Türkiyə nümayəndə heyəti Azərbaycana səfər edəcək

  • By Ayshan
  • 03 Dekabr 2025 20:33

Türkiyə nümayəndə heyəti Azərbaycana səfər edəcək.

 

Gununsesi.info xəbər verir ki, Oxu.Az-a bu barədə Türkiyə Böyük Millət Məclisi (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım məlumat verib.

 

O bildirib ki, səfərin məqsədi Qərbi Azərbaycan İcmasının dekabrın 5-də keçiriləcək beynəlxalq konfransında iştirak etməkdir:

 

“TBMM Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri kimi mən, Dostluq Qrupunun sədr müavini Orhan Erdem, Iğdır millət vəkili Cantürk Alagöz və digər iki nəfər sabah, dekabrın 4-də Azərbaycana səfər edəcəyik. Ümid edirik ki, bu konfrans Qərbi azərbaycanlıların səsinin dünya ictimaiyyətinə çatdırılması və dədə-baba torpaqlarına ləyaqətli qayıdışı baxımından mühüm rol oynayacaq”.

Gununsesi.info