Türkiyə onları danışır – Tanınmış isimlər millət vəkilliyi üçün partiya seçimi etdilər

  • By arzu
  • 01 Aprel 2023 15:59

Türkiyənin sənət dünyasının bir çox tanınmış adamları 2023-cü ilin may ayındakı seçkilərdə millət vəkili olmaq üçün öz namizədliklərini açıqlayıblar.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, seçkiyə sayılı günlər qalarkən siyasi partiyalar millət vəkilliyi namizəd siyahıları hazırlayır.

HTML tutorial

Bir-birindən tanınmış adamların adları həmin siyahılarda ön sıralarda yer alır.

Beləliklə, tanınmışlardan kim – hansı partiyadan millət vəkili namizədi olacaq?

 

İbrahim Tatlısəs

Ak Partiyadan namizəd olacaq müğənni artıq müraciətini edib. O, öncəki seçkilərdə müraciət etsə də, Tatlısəsin adı siyahılarda yer almamışdı.

 

Keçmiş futbolçu Gökhan Zan İYİ Partiyadan millət vəkilliyi namizədliyi üçün müraciət edib.

Jurnalist Cevicoğlu iqtidardakı AK Partiyanın namizədi olmaq üçün müraciət edib.

 

Akın güclü müxaifət partiyası olan Cümhuriyyət Xalq Partiyasından (CHP) namizəd olacaq.

Mehmet Türkiyə İşçi Partiyasından namizədliyini irəli sürüb.

Candan CHP-dən namizədliyini irəli sürüb. Ancak sənətçi namizədliyi ilə bağlı açıqlama verməyib.

 

Keçmiş futbolçu və çalışdırıcı Ünal İYİ Partiyadan Konya millət vəkilliyi üçün namizədlik müraciəti edib.

 

Salman Türkiye Kommunist Partiyasından namizədliyini açıqlayıb.

 

Oyunçu Taçbaş CHP-dən millət vəkilliyi üçün müraciət edib.

 

Jurnalist Değirmenci TİP-dən namizədliyini açıqlayıb.

 

Güloğlu Yeniden Refah Partisından namizədliyini irəli sürüb.

 

İdman aparıcısı Elif Buse CHP-dən millət vəkilliyi namidəzliyini irəli sürüb.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info