
Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Fırat qalxanı” əməliyyatı çərçivəsində1600 terrorist məhv edilib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələr Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, hərbi əməliyyatın başladığı gündən bu günə qədər 1171-i ölü,117-i yaralı, 6-ı həbs olunmaqla İŞİD terror təşkilatının 1294, həmçinin 291-i ölü, 4-ü yaralı, 11-i təslim olmaqla PKK və PYD terror qruplaşmasının 306 üzvü zərərsizləşdirilib.
Bundan başqa terroçulara məxsus 883 hədəfə məhv edilib.
Qeyd edək ki, Türkiyə “Fırat qalxanı” adlı əməliyyata avqustun 24-də start verib.
Anar
Gununsesi.info