Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında PKK/YPG terror təşkilatının 18 üzvünü zərərsizləşdirib.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, silahlılar “Barış Pinarı”, “Zeytun budağı” və “Fərat Qalxanı” əməliyyatları zonalarında terror aktları və hücumlar hazırlayırmış. Əməliyyat nəticəsində onların terror hücumunun qarşısı alınıb.
Gununsesi.info