Türkiyə ordusu 184 rejim hərbçisini zərərsizləşdirib

  • By admin
  • 05 Mart 2020 11:46

“Bahar Qalxanı” əməliyyatı ilə bağlı son vəziyyət açıqlanıb.

Gununsesi.org xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi öz tvitter hesabında açıqlama yayıb.

““Bahar Qalxanı” əməliyyatı gecə ərzində havadan və qurudan uğurla həyata keçirilib. 4 tank, 5 top/reaktiv yaylım atəş sistemi, 3 tank əleyhinə silah, 8 hərbi maşın, 2 yüklü dok pikapı, 2 zirehli döyüş maşını məhv edilib, 184 rejim hərbçisi isə zərərsizləşdirilib”,- deyə Müdafiə Nazirliyinin məlumatında qeyd edilib.

Gununsesi.org