Türkiyə ordusu 2170 terroristi məhv edib

  • By admin
  • 28 Yanvar 2017 12:12

terrorist

Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Fırat qalxanı” əməliyyatı çərçivəsində 2170 terrorist məhv edilib.

Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələr Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, hərəkat başlayandan bu günədək 1332 hədəf məhv edilib. Bundan başqa 3282 ədəd kustar üsulla hazırlanan mina zərərəsizləşdirilib.

Qeyd edək ki, Türkiyə “Fırat qalxanı” adlı əməliyyata avqustun 24-də start verib.

Anar

Gununsesi.info