Türkiyə Ordusu 23 terrorçunu məhv etdi

Türkiyə Milli Müdafiə Nazirliyi “Pençe-Kilit” əməliyyatı bölgəsində törədilən terror aktından sonra İraqın şimalında həyata keçirilən antiterror tədbirlərini gücləndirib.

Nəticədə orada zərərsizləşdirilən terrorçuların sayı 23-ə yüksəlib.

Gununsesi.info  xəbər verir ki, bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd edilib ki, İraq və Suriyanın şimalındakı terror hədəfləri qurudan atəş dəstəyi maşınları ilə yanaşı, hava əməliyyatları ilə də vurulub.

 

 

Gununsesi.info