
Türkiyə ordusu 6 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən açıqlama verilib.
Fərat Qalxanı bölgəsinə hücum hazırlığında olan silahlı terrorçular Türkiyə Silahlı Qüvvələrinin müdaxiləsi ilə təsirsiz hala gətiriliblər.
“Tək istəkləri bölgəni qana bulamaq olan PKK/YPG terrorçularına haqq etdikləri kimi, müdaxilə etməyə davam edirik. Suriyanın şimalındakı Fərat Qalxanı bölgəsinə hücum etməyə hazırlaşan 6 PKK/YPG terrorçusu qəhrəman Türk Silahlı Qüvvələrinin uğurlu müdaxiləsi ilə zərərsizlədşrilib, – deyə Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
Qeyd edək ki, Suriyanın şimalında əli silahlı olan PKK/YPG qruplaşması bölgə insanlarını xəraca bağlayaraq, oradakı azyaşlıları istismar edir, zorla öz “ordu” sıralarına qatır.
YPG/PYD qruplaşmasının qanunsuz əməlləri bir neçə dəfə beynəlxalq təşkilatların hesabatlarında yer alıb.
Tərcümə: Arzu