Türkiyə ordusu 7 hərbçisini itirdi

  • By admin
  • 25 May 2017 18:30

turk1495723055

Türkiyə Silahlı Qüvvələrinin (SQ) Van və Hakkari vilayətlərində apardığı antiterror əməliyyatları zamanı 4 hərbçi və 1 təhlükəsizlik orqanının əməkdaşı ölüb.

Bu barədə Gununsesi.info Türkiyə KIV-nə istinadən məlumat verir.

İki bölgədə davam edən əməliyyatlar zamanı 9 terrorçu məhv edilib.

Qeyd edək ki, bundan əvvəl Ağrı vilayətinin Doğubəyazid rayonunda PKK terrorçularına qarşı aparılan xüsusi əməliyyat zamanı 2 hərbçi ölüb, 4-ü yaralanıb.

Gununsesi.info