Türkiyə ordusu açıqladı:mülki vətəndaşları vurmuruq

Türkiyə ordusu açıqladı:


Afrin əməliyyatı ölkəmizin hüquqları, BMT Təhlükəsizlik Şurasının terrorla mübarizəyə istiqamətlənmiş 1624, 2170 və 2178 saylı qətnamələri və BMT razılaşmasının 51-ci maddəsində göstərilmiş özünümüdafiə hüququ çərçivəsində Suriyanın ərazi bütövlüyünü hörmət etməklə həyata keçirilir.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb. Ordudan mülki vətəndaşların zərər görməməsi üçün son dərəcə ehtiyyatlı davrandıqları bildirilib:

“Hərəkatın planlaşdırılması və icrasında sadəcə terrorçular və onlara aid düşərgələr, sığıncaqlar, avtomobil və digər vasitələr hədəf alınıb. Mülki vətəndaşların zərər çəkməməsi üçün diqqət və həssaslıq göstərilir”.

Qeyd edək ki, Türkiyə Hərbi-Hava Qüvvələrinə məxsus hərbi təyyarələr PYD-YPG qruplaşmasının Suriyanın Afrin bölgəsindəki mövqelərini bombalamağa başlayıb.

Gununsesi.info

COMMENTS