Türkiyə ordusu Bülbülü ələ keçirdi

  • By admin
  • 01 Fevral 2018 19:50


Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) Afrində Bülbül şəhər mərkəzini və Ali Kar kəndini nəzarətə götürüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Bildirilir ki, Ali Kar kəndinin alınması ilə daha əvvəl nəzarətə götürülən Şenkal və Zəhran bölgələri arasında bağlantı xətti yaradılıb.

Beləliklə, 13 gündür ki, aparılan “Zeytun budağı” əməliyyatında toplam 27 strateji nöqtə nəzarətə götürülüb.

Gununsesi.info