
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) tərkibində “Zeytun budağı” əməliyyatında iştirak edən gizir Məhməd Muraddağı davam edən silahlı atışmalar nəticəsində aldığı güllə yarasından şəhid olub.
Gununsesi.info xəbər verir ki, bu barədə TSQ məlumat yayıb.
Afrin yaxınlığında yaralanan Muraddağı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, şəhid gizir evli idi.
Gununsesi.info