Türkiyə ordusu İdlibdə şəhid verdi

  • By admin
  • 29 Fevral 2020 10:10

Suriyanın İdlib ərazisində Türkiyə ordusunun əsgəri şəhid olub, iki hərbçi isə yaralanıb.

Gununsesi.org bildirir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, cavab atəşi ilə Suriya ordusunun səkkiz tankı, dörd zirehli texnikası, iki çoxlüləli raket buraxılış qurğusu, beş qaubitsası məhv edilib, eləcə də 56 Suriya hərbçisi zərərsizləşdirilib.

Gununsesi.org