
Türkiyənin milli müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi Yaşar Gülər və Quru Qoşunları Komandanı Ümit Dündarın müşayiəti ilə İraqın şimalındakı hərbi bazanı ziyarət edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Anadolu” Agentliyi məlumat yayıb.
H.Akar bildirib ki, “Pençe-Şimşek” və “Pençe-Yıldırım” əməliyyatları uğurla davam edir.
Onun sözlərinə görə, hazırkı dövrədək əməliyyatlar çərçivəsində 44 terrorçu zərərsizləşdirilib: “Türkiyə terrorizmin kökünü kəsməyə qadirdir. İraqın şimalında ən qısa zamanda sülh və əmin-amanlıq təmin ediləcək”.
Qeyd edək ki, “Pençe-Şimşek” və “Pençe-Yıldırım” əməliyyatları aprelin 23-ü başlayıb.
Gununsesi.info