Türkiyə ordusu İraqın və Suriyanın şimalında 20 terrorçunu MƏHV ETDİ

  • By admin
  • 13 Yanvar 2024 12:21

Türkiyə ordusu İraqın və Suriyanın şimalında 20 terrorçu öldürüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hədəflərə həm qurudan, həm də havadan zərbələr endirilib.

Məlumata görə, ərazidə əməliyyat davam edir.

Qeyd edək ki, yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı 9 hərbçi şəhid olub.

Gununsesi.info