Türkiyə Silahlı Qüvvələrinin İraqla sərhəddə başlatdığı hərbi təlim davam edir.
Gununsesi.info xəbər verir ki, Şırnakın Silopi rayonunun Habur sərhəd qapısının yaxınlığından keçirilən hərbi təlim artıq 18 sentyabrdan bəri davam edir.
Artıq bu gün Türkiyə ordusu öncəki günlərə nisbətən daha ağır təlimlərə start verib. Təlimdə mövqelərindən çıxan tanklar və zirehli avtomobillər təlim meydanında manevrlər edir.
Gununsesi.info