Türkiyə ordusu Suriyanın Cerablus şəhərini İŞİD-dən azadetmə əməliyyatına başladı

  • By admin
  • 24 Avqust 2016 09:47

57bd28d0c03c0e2f105327d8

Türkiyənin Hərbi-Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İŞİD terror qruplaşmasının Suriyanın şimalında yerləşən Cerablus şəhərindəki mövqelərinə zərbələr endiriblər.

Gununsesi.info xəbər verir ki, bu barədə “Hurriyet” məlumat yayıb.

Qeyd edək ki, Türkiyə ordusu koalisiya təyyarələrinin dəstəyi ilə bu gün Suriyanın şimalındakı Cerablus şəhərini  İŞİD terrorçularının azadetmə əməliyyatına başlayıb.

Qeyd olunur ki, Cerablus əməliyyatı çərçivəsində IŞİD-in hədəfləri 1.45 dəqiqə boyunca topçu atəşi ilə vurulub. 63 hədəfə 224 atım yapılıb. Ardınca türk savaş uçaqları Cerablusda IŞİD-in hədəflərini bombalayıb. Əsgəri qaynaqlar 07.50 etibarı ilə  Hava Kuvvetlərincə vurulması gərəkən 12 hədəfdən 11-nin bütünlüklə vurulduğunu bildirib.

 

K. Həmzəoğlu

Gununsesi.info