
Türkiyə ordusu “Sülh çeşməsi” əməliyyatı bölgəsində 11 terrorçunu zərərsizləşdirib.
Gununsesi.org xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Sülh çeşməsi” əməliyyat bölgəsində təxribata cəhd göstərən PKK/YPG terror təşkilatının 11 üzvü zərərsizləşdirilib. Bölgədə sülhün və sabitliyin qorunması üçün lazım olan tədbirlər görülür”, – nazirliyin məlumatında bildirilib.