
Türkiyə Silahlı Qüvvələri (TSQ) Ağrının Boğubeyazıt qəsəbəsi və Hatayın Amanos bölgəsində terrorçulara qarşı hava əməliyyatı keçirib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, 15-16 apreldə baş tutan əməliyyatlarda 10 terrorçu məhv edilib.
Terrorçuların sərhəd bölgələrində fəaliyyətinə son qoyulması üçün əməliyyatlar davam edir.
Gununsesi.info