Türkiyə Ordusunun 9 əsgəri şəhid oldu – Yaralılar var – YENİLƏNİB

  • By admin
  • 13 Yanvar 2024 07:47

“Pençe-Kilit” antiterror əməliyyatı zamanı şəhid olan hərbçilərin sayı 9 nəfərə yüksəlib, 4 əsgər isə yaralanıb.

İlkin məlumata görə, bölgədə 15 terrorçu zərərsizləşdirilib.

———
23:08

İraqın şimalında, “Pençe-Kilit” əməliyyatı bölgəsində 5 türk əsgəri şəhid olub, 3-ü ağır olmaqla 8 hərbçi yaralanıb.

Gununsesi.info-nun verdiyi xəbərə görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

İlkin məlumata görə, cavab tədbirləri nəticəsində 12 terrorçu zərərsizləşdirilib.

Bölgədə əməliyyatların davam etdiyi bildirilib.

 

 

Gununsesi.info