Türkiyə ordusunun daha 3 hərbçisi ŞƏHİD OLDU

  • By admin
  • 23 Dekabr 2023 08:51

Xəbər verdiyimiz kimi, İraqın şimalında PKK terrorçularının hücumu nəticəsində Türkiyə ordusunun 3 hərbçisi şəhid olub, 4-ü yaralanıb.

Gununsesi.info-nun məlumatına görə, Türkiyənin Milli Müdafiə Nazirliyi yaralı hərbçilərdən 3-nün həyatını xilas edilən bilmədiyini açıqlayıb.

Beləliklə, Türkiyə ordusunun şəhid hərbçilərinin sayı 6-ya çatıb.

Nazirlik bölgədə əməliyyatın davam etdiyini bildirib.

Hava zərbələri nəticəsində 7 terrorçunun məhv edildiyi qeyd olunur.

Gununsesi.info